Tbilisi meri: “Gürcüstan müharibəyə başlasa, ölkəmiz yox olacaq”backend

Tbilisi meri: "Gürcüstan müharibəyə başlasa, ölkəmiz yox olacaq"

“Əgər Gürcüstan müharibəyə başlasa, ölkəmiz yox olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib. O, Rusiya ilə müharibənin Gürcüstan üçün ağır nəticələnəcəyini bildirib.

“Əvvəla, müharibə başlamayacaq. Gürcüstanda sülh və əmin-amanlıq olacaq. Bu, gürcü xalqının sifarişidir və biz hər şeyi edəcəyik ki, xalqın maraqları, ölkəmizin təhlükəsizliyi ön plana çəkilsin.

Əgər ölkə müharibəyə başlasa, o zaman nəinki statusumuz, heç ölkəmiz qalmayacaq.

Bu, çox böyük problem olacaq. Biz bunu Ukraynanın timsalında gördük. 2008-ci ildə Gürcüstanda baş verənləri hamı yaxşı xatırlamalıdır – itirilmiş ərazilər, itirilmiş kəndlər, çoxlu insan itkiləri, qaçan hökumət üzvləri, dağıdılmış şəhərlər və s. başqa şeylər…

Müharibə çox ağırdır. Ona görə də biz hər şeyi etməliyik ki, ölkədə əmin-amanlıq olsun”, – deyə mer vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*