Tbilisi su altında qaldı, torpaq sürüşdü – VİDEO backend

Tbilisi su altında qaldı, torpaq sürüşdü - VİDEO 

Gürcüstanın paytaxtı Tbilisiyə yağan güclü yağışlar bir sıra problemlərə səbəb olub.

KONKRET.az xəbər verir ki, intensiv yağıntılar səbəbindən küçələr, zirzəmilər və bir neçə metro stansiyası su altında qalıb.

Şəhərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb, bir çox yollarda nəqliyyatın hərəkəti iflic olub. Böyük həcmdə yağıntının öhdəsindən gələ bilməyən kanalizasiya xətləri daşıb.

Nadzaladevi rayonunda Sanerge küçəsində güclü yağış nəticəsində torpaq sürüşməsi baş verib.

Torpaq sürüşməsi nəticəsində yaşayış binalarından birinin divarına ziyan dəyib. Hadisə zamanı heç kim xəsarət almayıb.

Şəhərin Saburtalo rayonunda qaz kəməri zədələnib.  Ətraf ərazidə yaşayan sakinlər təxliyə ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*