Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi BAŞLADIbackend

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimi BAŞLADI

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim oktyabrın 8-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*