TƏBİB sədri Əməkdar həkimi işdən çıxardıbackend

TƏBİB sədri Əməkdar həkimi işdən çıxardı

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini Əməkdar həkim Mahir Babayev yaş senzinə görə işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, Bakupost.az –ın məlumatına görə, bununla bağlı TƏBİB sədri Vüqar Qurbanov əmr imzalayıb.

Onun yerinə həkim Samir Aslanbəyli təyin olunub.

Qeyd edək ki, 68 yaşlı Mahir Babayev 1989-cu ildən bu tibb müəssisəsində çalışırdı.

2007-ci ildən direktor müavini kimi fəaliyyətini davam etdirib. 2017-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*