Litva və Polşa ABŞ hərbi kontingentini qəbul etməyə hazır olduqlarını bəyan ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Military Xronika” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, Litva Prezidenti Gitanas Nauseda və Polşa rəhbərliyi ölkələrinin ərazisində 5000-ə qədər ABŞ əsgərinin yerləşdirilməsinə hazır olduqlarını bildiriblər.
Bildirilib ki, bu addım Almaniyadan mümkün qoşun çıxarılması halında həmin qüvvələrin Avropada qalmasını təmin etməyə yönəlib. Litva tərəfi xüsusilə müttəfiq qüvvələrin bölgədə saxlanılmasında maraqlı olduqlarını vurğulayıb və mümkün qədər çox tərəfdaş qəbul etməyə hazır olduqlarını qeyd edib.
Polşa rəsmiləri isə ölkədə artıq mövcud olan hərbi infrastrukturun ABŞ qoşunlarının yerləşdirilməsi üçün uyğun olduğunu bildiriblər./globalinfo
