Tramp: İran nüvə silahı ilə bağlı razılığa gəlibbackend

Tramp: İran nüvə silahı ilə bağlı razılığa gəlib

İran danışıqlar zamanı nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“İran nüvə silahına sahib ola bilməz və olmayacaq da. Digər şeylərlə yanaşı, o, buna razılıq verib”, – deyə o, əlavə edib.

Tramp tərəflərin münaqişəyə son qoymaq üçün razılığa gələcəyinə əminliyini ifadə edib.

“Bu baş verəcək. Amma mən heç vaxt son tarix təyin etməmişəm”, – deyə ABŞ Prezidenti bildirib.

Amerika lideri bildirib ki, ABŞ və İran son 24 saat ərzində yaxşı danışıqlar aparıblar və razılaşmanın əldə olunması çox mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*