Təbrizdə polisin ofisi yandırıldı – VİDEObackend

Təbrizdə polisin ofisi yandırıldı - VİDEO

Güney Azərbaycanda gərgin vəziyyət davam edir.

KONKRET.az Gunaz.TV-yə istinadən xəbər verir ki, Təbrizdə axşam saatlarında başlayan etiraz aksiyalarında etirazçılarla hökumət əleyhinə şüarlar səsləndirməklə yanaşı, türkcə milli şüarlar səsləndiriblər.

“Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” və başqa bu kimi şüarlar səsləndirən narazılar aksiyalara müdaxilə edən xüsusi təyinatlı qüvvələrin zirehli maşınlarını daşa basıblar.

Sosial media fəallarının verdiyi məlumata görə, Təbrizin bir neçə yerində, Qonqabaşı, Şahnaz və Bazar ağzı bölgələrində polis qüvvələri ilə əhali arasında qarşıdurma daha şiddətli olub.

Yayılan görüntülərdə Təbrizin bir neçə yerində yanğın baş verdiyi görünür.

Şəhərin mərkəzində polis bölmələrindən birinə məxsus konteyner ofisin yandırıldığı bildirilib.

Bununla yanaşı, şəhərin mərkəzində yerləşən “Barnavak” adlanan məhəllədə yanğınsöndürən maşının hökumət qüvvələri tərəfindən yandırıldığı qeyd olunub.

Fəallar hökumət məmurlarının təxribat törədərək etirazçılara qarşı repressiyaları əsaslandırmağa çalışdıqlarını yazırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*