TƏCİLİ: Bu uşaqların evi yandı – Hazırda yaşamağa yerləri yoxdur – FOTOLARbackend

TƏCİLİ: Bu uşaqların evi yandı - Hazırda yaşamağa yerləri yoxdur - FOTOLAR

Şəkillərdə gördüyünüz bu uşaqlar Azərbaycanda yaşayır.

KONKRET.az xəbər verir ki, redaksiyamıza ünvanlanan məktubda bildirilir ki, “Hazırda iki oğlan uşağı çöllərdə yaşayır. Birinin 14, o birinin 8 yaşı var. Hərbi xidmət üçün bir uşağın qapısı 4, o birinin qapısı 10 ildən sonra döyüləcək. Şəhid tabutu da bu ünvana gələcək. Ancaq bunların böyüməyinə baxın. Ataları atıb gedib, babanın vaxtilə qəpik-qəpik, onun bunun köməkliyi ilə tikdiyi və yarımçıq qalmış ev iki həftə əvvəl yanıb, üzü soyuqlara bu uşaqlar harda qalacaqlar, bilinmir. Uşaqlar hazırda acdır. Ana evlərdə təmizlikçi işləri görürmüş, karantinə görə ona da gedə bilmir. Ana və uşaqlardan biri bronxial astmadan əziyyət çəkir. Dostlar, bu ailəyə yemək, dərman almaq, vermək istəyən bu mobil nömrə ilə əlaqə saxlasın, əlaqələndirək. 0504367741”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*