TƏCİLİ: Müdafiə Nazirliyi Qan Bankı ilə bağlı AÇIQLAMA YAYDIbackend

TƏCİLİ: Müdafiə Nazirliyi Qan Bankı ilə bağlı AÇIQLAMA YAYDI

“Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır”.

KONKRET.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin məlumtda daha sonra deyilir: “Bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O, bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*