TƏCİLİ: Paşinyanın 300 min azərbaycanlı ilə bağlı verdiyi bu qərar İrəvanı AYAĞA QALDIRDIbackend

TƏCİLİ: Paşinyanın 300 min azərbaycanlı ilə bağlı verdiyi bu qərar İrəvanı AYAĞA QALDIRDI

Ermənistanda elə qüvvələr var ki, ölkəyə 300 min azərbaycanlının gələcəyini təlqin etmək istəyirlər, lakin biz bu mövunu geri dönməz şəkildə bağlamışıq.

KONKRET.az xəbər verir ki, bu bəyanatla hazırda məzuniyyətdə olan və hakim “Mülki Müqavilə” partiyasının seçki siyahısına rəhbərlik edən Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edib.

Mayın 26-da Kotayk vilayətinin Tsaxkadzor (Dərəçiçək) şəhərində seçkiqabağı təşviqat kampaniyası zamanı danışan Paşinyan ölkədəki müxalif qüvvələrin ritorikasını tənqid edib.

Baş nazirin sözlərinə görə, Ermənistan Bakı, Sumqayıt,  Gəncə və Qarabağı tərk etmiş ermənilərin geri qayıtması məsələsini gündəmə gətirməməlidir, çünki belə olan halda qarşı tərəf də “güzgü effekti” ilə analoji tələblər irəli sürür. Paşinyan müxalifətin bu yanaşmasını Qarabağ ermənilərinə qarşı cinayət adlandırıb:

“Biz bu gün Qarabağdan gələn insanların Ermənistanda məskunlaşması üçün milyardlar xərcləyirik, lakin bu “üçbaşlı müharibə partiyası” (müxalifət) həmin insanların da rahatlıq tapmaması üçün əlindən gələni edir”.

Paşinyan çıxışının sonunda dövlətçilik ideologiyasına toxunaraq maraqlı iddia irəli sürüb. O bildirib ki, Vətən yalnız rəsmi dövlət sərhədlərindən ibarətdir və dövlətdən kənarda heç bir Vətən yoxdur: “Çünki eyni məntiqlə yanaşsaq, Ermənistan da başqaları üçün Vətən hesab edilə bilər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*