Ermənistan mətbuatı Yevlaxda keçiriliən görüşdən sonra bəzi eksklüziv detalları açıqlayıb.
KONKRET.az xəbər verir ki, razılaşmaya əsasən, ilk növbədə, qondarma rejimin bayrağı götürülür, onun yerinə Azərbaycan bayrağı asılır.
Bundan əlavə, bütün dövlət strukturlarından, küçələrdən bayraqlar, gerb və digər atributlar atributlar yığışdırılır.
* * *
Bakı ilə yekun razılaşma yoxdur, detalları razılaşdırmaq lazımdır.
KONKRET.az xəbər verir ki, bu barədə Yevlax görüşündən sonra Qarabağ ermənilərinin nümayəndəsi bildirib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin nümayəndəsi bəyan edib ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında aparılan danışıqlar münaqişəyə son qoyacaq sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.