“Təəssüf ki, Laçın dəhlizi artıq Rusiyanın nəzarətində deyil” – Mirzoyanbackend

"Təəssüf ki, Laçın dəhlizi artıq Rusiyanın nəzarətində deyil" - Mirzoyan

“Laçın dəhlizi artıq Rusiya Federasiyasının nəzarətində deyil”.

KONKRET.az xəbər veir ki, bunu Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşündə Ararat Mirzoyan deyib. O, Sergey əvvəlcə Lavrovu salamlayıb.

“Bu, ağrılı mövzular, Cənubi Qafqazdakı vəziyyət haqqında danışmaq üçün daha bir fürsətdir.

Ermənistan həmişə olduğu kimi konstruktivdir, biz sülh istəyirik. Təəssüf ki, real vəziyyət başqadır. Azərbaycanın eskalasiyasını görürük.

Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılıb. Dəhliz Rusiya Federasiyasının nəzarətində olmalı idi, lakin onun Rusiya Federasiyasının nəzarətində olmadığını deyə bilərik”, – Mirzoyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*