Təhlükəli kimyəvi maddə daşıyan qatar PARTLADI –  Göy üzünü nəhəng zəhərli bulud ÖRTDÜ – VİDEObackend

Təhlükəli kimyəvi maddə daşıyan qatar PARTLADI - Göy üzünü nəhəng zəhərli bulud ÖRTDÜ - VİDEO

Ohayoda kəskin zəhərli vinilxlorid daşıyan qatar qəzasından sonra nəhəng göy üzünü zəhərli bulud örtüb.

KONKRET.az xəbər verir ki, ABŞ-ın Ohayo ştatında təhlükəli kimyəvi maddələr daşıyan qatar partlayıb.

Hadisə fevralın 3-də baş versə də, ictimaiyyətdən gizlədilib. Partlayan qatarda vinilxlorid, fosgen, hidrogen xlorid, etilenqlikol monobutil efir, etilheksil akrilat və izobutilen olub.

Bu maddələrin bəziləri ilə təmas gözlərin yanmasına və qıcıqlanmasına səbəb ola bilər. Tənəffüs yolu ilə tənəffüs yolları təsirlənə bilər, öskürək və nəfəs darlığı, sinir sisteminin depressiyası, baş ağrısı və qusma meydana gələ bilər.

Hadisə yerində təcili təxliyə aparılıb. Ərazilər yoxlanıldıqdan sonra 4700 yerli sakinə evlərinə qayıtmağa icazə verilib. Atmosferdə qazların təsiri hələ də qeydə alınır. Yaxınlıqdakı su hövzələrində ölü balıqlar tapılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*