Bir ali təhsil müəssisəsindən digərinə köçürülən və ixtisasını dəyişən tələbələr təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər.
Təhsil Nazirliyindən KONKRET.az-a bildirilib ki, əgər tələbə dövlət sifarişi əsasında oxuyursa və köçürülmə zamanı ixtisasını dəyişmirsə, təhsilini dövlət hesabına davam etdirir.
Xatırladaq ki, avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək. Elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək.
axar.az