backend

Tələbələr yeməkxanada zəhərləndilər - QAZAXISTANDA

KONKRET.az Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Nur-Sultan şəhərinin məhsul və xidmətlərin keyfiyyət və təhlükəsizliyinə nəzarət departamentinin müdiri Sadvakas Bayqabulov paytaxtdakı tələbələr arasında qida zəhərlənməsi faktını şərh edib.

Qeyd edək ki, Qazaxıstan Aqrotexnika Universitetinin tələbələri ikinci dəfə qida zəhərlənməsi nəticəsində S.Seyfullin adına yoluxucu xəstəliklər xəstəxanasına yerləşdiriliblər. Bundan sonra universitetdə ictimai iaşə xidmətləri nəzarətə götürülüb. Hazırda epidemioloji qida zəhərlənməsi faktına dair tələbələr arasında araşdırma aparılır.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Xatırladaq ki, keçən ilin sentyabrında bu universitetin 16 tələbəsi qida zəhərlənməsi nəticəsində şəhər yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilmişdi. 2018-ci ildə Universitetin yeməkxanasında çoxsaylı sanitar qaydaların pozulmasına görə cavabdeh sahibkara böyük məbləğdə cərimə tətbiq olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*