Tələbələrin turşudan zəhərlənmə ehtimalı araşdırılır – RƏSMİbackend

Tələbələrin turşudan zəhərlənmə ehtimalı araşdırılır - RƏSMİ

Qida Təhlukəsizliyi Agentliyi Bakının Nizami rayonunun “NZS” adlanan ərazisində iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə daxil olan məlumatla bağlı araşdırmalara başlayıb.

KONKRET.AZ xəbər verir ki, agentlikdən verilən məlumata görə, ilkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir:

“Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Nizami rayonu NZS qəsəbəsində 21 və 22 yaşlı tələbə oğlanlar qidadan zəhərlənib. Təcili Tibbi Yardım tərəfindən 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*