Telefonunu müştəriyə verdi, bir neçə saat sonra şoka düşdü – VİDEObackend

Telefonunu müştəriyə verdi, bir neçə saat sonra şoka düşdü - VİDEO

Müştəriyə danışmaq üçün telefonunu verən taksi sürücüsünün adına 2 200 manat pul yığılıb.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Azər Mehdiyev Xəzər rayonunun Binə qəsəbəsində taksi fəaliyyəti ilə məşğuldur.

 

 

Onun sözlərinə görə, qəsəbə daxilində bir neçə dəfə müştəri kimi avtomobilinə əyləşən şəxslə aralarında səmimi münasibət yaranıb. Hadisə də bundan sonra baş verib.

“Telefonu ver, danışıb qaytaracağam”, – deyə həmin şəxs sürücüdən telefonunu istəyib. Azər Mehdiyev telefonu ona verib və özü avtomobilin içərisini təmizləməyə başlayıb. Bir müddət sonra isə həmin şəxsin telefonu götürərək uzaqlaşdığını görüb.

Sürücü daha sonra tanışlarından zənglər almağa başlayıb. Məlum olub ki, onun telefonundan kontaktlarında olan şəxslərə mesajlar göndərilib və onlardan ümumilikdə 2 200 manat pul alınıb.

Azər Mehdiyev başına gələnlərlə bağlı dərhal polisə müraciət edib. Onun şikayəti əsasında telefonu götürdüyü deyilən İbrahim adlı şəxs saxlanılıb.

Sürücü hazırda əsasən onun adından göndərilən mesajlara inanaraq pul göndərən şəxslərin zərərinin ödənilməsini istəyir.

Vətəndaşın müraciəti əsasında ərazi polis orqanlarında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*