Teleqüllənin vurulması zamanı ölənlərin sayı AÇIQLANDIbackend

Teleqüllənin vurulması zamanı ölənlərin sayı AÇIQLANDI

Rusiyanın Kiyevdəki teleqülləni vurması nəticəsində beş nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz Tvitter hesabında yazıb.

“Dünyaya: Babi Yarın eyni yerinə bomba düşəndə dünya susursa, 80 il “bir daha heç vaxt” deməyin nə mənası var? Ən azı beş nəfər həlak olub. Tarix təkrarlanır”, – Prezident bildirib.

Ukraynanın XİN rəhbəri Dmitri Kuleba da bu barədə paylaşım edib:

“Yenicə Rusiya raketi ilə vurulan Kiyev teleqülləsi Babi Yar ərazisində yerləşir. 1941-ci il sentyabrın 29-30-da nasistlər burada 33 mindən çox yəhudini qətlə yetiriblər. 80 il sonra rus nasistləri ukraynalıları məhv etmək üçün eyni torpaqları vururlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*