Terrorçulardan birinin peşəsi təəccübləndirdi – VİDEObackend

Terrorçulardan birinin peşəsi təəccübləndirdi - VİDEO

Moskva vilayətində yerləşən “Krokus Siti Holl” konsert kompleksində terror hücumu ilə əlaqədar saxlanılan şübhəlilərdən biri, 19 yaşlı Məhəmmədsabir Fayzov İvanovo şəhərində tanınmış bərbər olub.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fayzovu şəxsən tanıyanlar xəbər veriblər.

Bildirilir ki, o, bahalı salonlarda işləyib və müştərilər arasında populyar olub. O qədər yaxşı usta olub ki, iş yerini dəyişdikcə müştəriləri də onun ardınca gediblər.

Fayzovun hansı məqamda və niyə cinayət yolunu seçdiyi bəlli deyil.

Qeyd edək ki, o, Bryansk vilayətində “Renault Simbol” ilə polis təqibindən qaçmağa çalışarkən yaralı halda saxlanılıb.

  • Garachanta
    Mart 24, 2024 - 09:34

    rus gavurları öz oyunlarının izini itirmək üçün “terrorçuların” hamısını yox edəcəklər- FSB bunu bacarır..həbs edilənin bərbər olması onu göstərir ki, 500 000 RUBla onun ehtiyacı ola bilməzdi….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*