Tərtərdə anasından işgəncə görən azyaşlı: “Bədənimə şiş basandan sonra…” – VİDEObackend

Tərtərdə anasından işgəncə görən azyaşlı: “Bədənimə şiş basandan sonra...” - VİDEO

KONKRET.az xəbər verir ki, Tərtərdə anası tərəfindən qızdırılmış şişlə dağ basıldığı deyilən azyaşlı Baku TV-yə danışıb.

Doqquz yaşlı T.D.-nin anası, Azadqaraqoyunlu kənd sakini Könül Dünyamalıyeva hazırda boşanmaq üzrə olduğunu və uşağın atasının aliment ödəməməsi üçün ona şər atdığını deyib.

Azyaşlı isə açıqlamasında anası ilə yanaşı, həm də nənə və dayısının da onu döydüyünü söyləyib:

“Ondan (anasından) kotlet istədim, mənə dedi ki, həyətdən peyin daşıyım, bişirəcək. Biz dalaşdıq və o da dayımla mənə şiş basdı. Üç gecə yata bilmədim, maz da vurmadı. Sonra atama zəng vurdum ki, gəlib məni aparsın. Ağacla, dəmirlə məni döyürdülər, başıma vururdular. Hər üçü (anası, nənəsi, dayısı) məni döyüb”.

Xatırladaq ki, 2011-ci il təvəllüdlü T.D.-nin atası polisə müraciət edərək oğlunun bud, çanaq, qol və əl nahiyələrinin qzdırılmış şişlə dağlandığını bildirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*