Tərtərdə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜbackend

Tərtərdə avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Tərtərdə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Dörtyol 1 qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan “Mercedes” markal minik avtomobilinin sürücüsü yolu keçmək istəyən Ağdam rayon sakini 1993-cü il təvəllüdlü Niftəliyev Samir Məhərrəm oğlunu vurub. Piyada aldığı ağır bədən xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*