“Tesla” şirkəti Almaniyanın Qrünhayde şəhərində “Cybercab” sürücüsüz taksilərinin istehsalı üçün yeni binanın tikintisinə 3 milyard avro vəsait ayıracaq.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Tikinti işlərinə 2027-ci ilin birinci yarısında, istehsalına isə 2029-cu ildə başlanılması planlaşdırılır. Gələcəkdə müəssisənin istehsal gücü 1 milyonadək sürücüsüz avtomobil istehsal etməyə imkan verəcək”, – məlumatda deyilib.
