Tesla Teksasda sükansız və pedalsız “Cybercab” taksilərini yollara buraxdı – FOTObackend

Tesla Teksasda sükansız və pedalsız "Cybercab" taksilərini yollara buraxdı - FOTO

Elektrikli avtomobil istehsalçısı “Tesla” ABŞ-ın Teksas ştatında innovativ addım ataraq sükan və pedalları olmayan “Cybercab” pilotsuz taksilərini sınaq məqsədilə küçələrə çıxarıb.

KONKRET.az xəbər verir ki, iknəfərlik sərnişin tutumuna malik yeni avtomobilin salonunda əyləncə üçün böyük ekran quraşdırılıb. Sərnişinlər yolda olarkən ekranda video izləyə və ya oyun oynaya bilərlər. Kiçik ölçülərinə baxmayaraq, robotaksi geniş baqaj bölməsi ilə də təchiz olunub.

İlkin mərhələdə Teksasın Ostin şəhərinin küçələrində 45 ədəd “Cybercab” prototipinin hərəkət edəcəyi bildirilir. Lakin “Tesla” gələcəkdə xidmətin miqyasını genişləndirərək digər ştatlara, eləcə də Pekin, Şanxay, Tokio və Honkonq kimi meqapolislərə yaymağı planlaşdırır. Eyni zamanda, şirkət bu robotaksiləri birbaşa taksi parklarına tədarük etmək niyyətindədir.

Gözləniləndir ki, səfərin qiyməti mil başına təxminən 30-40 sent təşkil edəcək ki, bu da bazardakı mövcud alternativlərlə müqayisədə xidməti daha sərfəli edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*