Təxribat törədən iki erməni hərbçisi öldürüldü – FOTObackend

Təxribat törədən iki erməni hərbçisi öldürüldü - FOTO

Ermənistan Müdafiə Nazirliyi iki əsgərin öldürüldüyünü bildirib.

KONKRET.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bu gün günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Təxribat nəticəsində müddətdən artıq xidmət edən hərbi qulluqçumuz əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Azərbaycan Ordusunun igidliyi və sayıqlığı sayəsində şəhidimizin qisası alınıb, iki erməni hərbçisi məhv edilib.

“Yanvarın 11-də Ermənistan silahlı qüvvələrinin hərbçiləri 2002-ci il təvəllüdlü Artur Mxitaryan və 2002-ci il təvəllüdlü Rudik Qaribyan Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində həlak olublar”, – Ermənistan MN-nin məlumatında deyilir.

Daha iki erməni hərbçinin yaralandığı da bildirilir.

Bu gün məhv edilən ermənilərin fotoları:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*