Təyyarə qəzasında xəsarət alanlardan biri azərbaycanlıdırbackend

Təyyarə qəzasında xəsarət alanlardan biri azərbaycanlıdır

İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədəki sərnişinlərdən biri milliyətcə azərbaycanlı olan Qazaxıstan vətəndaşıdır.

KONKRET.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Həmin şəxs xəsarət alıb.

Bildirilib ki, təyyarədə Azərbaycan vətəndaşının və ya digər azərbaycanlıların olması barədə məlumat yoxdur.

Qeyd edək ki, “Boeing 738” laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində 3 nəfər ölüb, 179 nəfər isə xəsarət alıb. Hadisə zamanı təyyarədə ümumilikdə, 184 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*