“Ukrayna hakimiyyəti Qərb dövlətlərini Kiyevə hərbi dəstəyi artırmağı inandırmağa çalışır. Ukrayna Silahlı Qüvvələrinin effektivliyinin sübutu kimi isə ABŞ-ın verdiyi “Hımars” reaktiv yaylım atəşi sistemlərinin Rusiyaya uğurlu zərbələri göstərilir.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times nəşri məlumat yayıb. Məlumatda deyilir ki, bununla Ukrayna Rusiyanı məğlub edə biləcəyini göstərməyə çalışır. Görünür Kiyevə hərbi dəstək zəifləyib və Qərbdə Ukraynanın hətta müasir silahların köməyi ilə qalib gələ biləcəyinə dair şübhə yaranıb.
Yeni silah tədarükü mövzusu Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskayanın ABŞ Konqresindəki son çıxışının, eləcə də Ukrayna müdafiə nazirinin Qərb mediasına müsahibəsinin əsas mövzusu olub.
Qərb ekspertləri hesab edirlər ki, yaxın gələcəkdə Kiyevin xeyrinə müsbət dəyişikliklər nəzərdə tutulmur. “The New York Times”ın qeyd etdiyi kimi, ABŞ-ın hərbi və siyasi dairələrində Kiyevə silah təchizatı ilə bağlı bir neçə problem mövcuddur.
“Ukraynanın Rusiyanın üstün qüvvələrini məğlub edə biləcəyi məlum deyil. Kiyevin silah tələbi elə tez-tez olur ki, Qərbdə bu çağırışlara getdikcə daha az cavab verməyə çalışırlar”, – “New York Times” yazıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
