Tiqran Abramyan: “Rusiya-Azərbaycan qarşıdurması Ermənistan üçün çox vacibdir”backend

Tiqran Abramyan: “Rusiya-Azərbaycan qarşıdurması Ermənistan üçün çox vacibdir”

İndi də ermənilər arzu edir ki, ruslarla aramızda düşmənçilik dərinləşsin və nəticədə Rusiya Azərbaycana qarşı sərt siyasətini tətbiq etsin.

KONKRET.az xəbər verir ki, “Şərəfim var” fraksiyasının şərəfsiz deputatı Tiqran Abramyan özünün facebook səhifəsində Azərbaycanın sosial şəbəkələrini təhlil edərək bu qənaətə gəlib ki, ölkəmizdə rusofobiya halları getdikcə artır. “Rusiya-Ukrayna böhranı fonunda Azərbaycan saytlarının, telegram kanallarının işində Rusiya əleyhinə təbliğat geniş miqyas alıb”.

Tiqran Abramyan iddia edir ki, həmin platformalar müxtəlif dövlət strukturlarına və ya hakim elitanın nümayəndələrinə mənsubdur.

Göründüyü kimi, erməni düşüncə tərzi Azərbaycan Rusiya arasında münasibətlərin getdikcə pisləşmək istəyini gizlətmir və bunu açıq şəkildə dilə gətirməkdən çəkinmir: “Rusiya hərbçilərinə qarşı nifrət, sarkazm, həlak olan, yaralanan, əsir düşən hərbçilər haqqında təhqiramiz ifadələr Azərbaycanın daxilində ruslara qarşı genişmiqyaslı düşmənçiliyin formalaşdığını göstərir”.

Erməni deputat həyasızcasına bildirir ki, “Rusiyanın əks tədbirləri nə vaxt tətbiq edəcəyi hələlik bəlli deyil”.

Abramyan deyir ki, Rusiya-Azərbaycan qarşıdurması Ermənistan üçün çox vacibdir: “Bu, Ermənistan üçün təkcə Rusiya ilə müttəfiqlik münasibətlərini müəyyən etməyəcək, eləcə də Ermənistan-Azərbaycan-Artsax proseslərində bizim üçün mühüm əhəmiyyət kəsb edəcək. İstənilən halda Rusiya-Azərbaycan münasibətlərinin istənilən inkişafı regionumuza öz təsirini göstərəcək”.

Odur ki, gəlin Rusiya ilə bağlı sosial şəbəkələrdə daha uyğun ifadələr tapaq və erməni dəyirmanına su tökməyək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*