Türkiyənin Amasya bölgəsində tur avtobusu evakuatorun daşıdığı inşaat maşınına çırpılıb.
KONKRET.az xəbər verir ki, dəhşətli qəzada avtobusun sınıq şüşəsindən atılan 1 sərnişin ölüb, 10 nəfər yaralanıb.
Məlumata görə, xəstəxanada müalicə olunan sərnişinlər arasından vəziyyəti ağır olan avtobus sürücüsü və 1 nəfəri müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.
