Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.
Bu barədə KONKRET.az-a vəkil Aqil Layıc məlumat verib. Vəsatətə Nizami Rayon Məhkəməsində baxılacaq.
Vəkil bildirib ki, T.Yaqublunun azadlığına qovuşacağına ümid edir.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
O, ittihamları qəbul etmədiyini bildirib və 17 gündür aclıq aksiyası keçirir.
