Tofiq Zülfüqarov: Qarabağla bağlı Rusiya-Türkiyə əlaqəsi varbackend

Tofiq Zülfüqarov: Qarabağla bağlı Rusiya-Türkiyə əlaqəsi var

Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Türkiyə ilə sıx əlaqələri var. Bu iki ölkənin münaqişənin həllində birlikdə çalışması müsbət nəticələnə bilər.

KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov son günlər Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olması haqda səslənən fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olması üçün ATƏT daxilində vahid konsensus olmalıdır:

“Yəni təşkilatın bütün üzv ölkələrinin razılığı lazımdır. Digər tərəfdən, bu gün Türkiyə çox aktiv xarici siyasət aparır. Bunu ermənilər də etiraf edir. Əslində, bu gün Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədr olmasında ermənilər maraqlı olmalıdır. Yəni ermənilər həqiqətən özlərini haqlı görürlərsə, rəsmi Ankaranın vasitəçilik missiyasında adekvat qərarlar verəcəyini bilməlidir.

Bu gün biz Fransanı tənqid edirik, çünki rəsmi Paris faktiki olaraq özünü ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi aparmır. Makron erməni diasporunun rəğbətini qazanmaq üçün həmsədrə uyğun olmayan davranışlar sərgiləyir. Düşünürəm, bu məsələ ən azından gündəmə gəlməlidir. Ola bilər ki, yeni bir format yaradılsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*