Kasparov ABŞ-da öldürülməsi planından danışdı: “Bu, mənim üçün şok oldu”backend

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: “Bu, mənim üçün şok oldu”

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri “şok” kimi qiymətləndirib.

KONKRET.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və “Azad Rusiya Forumu”nun həmtəsisçisi İvan Tyutrinin Kremlin öldürülməsi planlaşdırılan şəxslər siyahısında yer alması şəxsinə qarşı tamamilə gözlənilməz olmayıb.

Kasparov bildirib ki, nə ona, nə də Tyutrinə onların adlarının sui-qəsdin icraçılarına qarşı irəli sürülən ittiham materiallarında “gizlədildiyi” birbaşa deyilməyib.

“Lakin Litva və ABŞ xüsusi xidmətləri bizə həyatımızın təhlükədə olduğunu və ehtiyat tədbirləri görməli olduğumuzu bildirdilər. Mən belə etdim və bundan sonra da belə davranacağam”, – deyə keçmiş dünya şahmat çempionu sosial şəbəkələrdə yazıb.

ABŞ hakimiyyəti daha əvvəl Rusiya kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən şəxslərin xaricdə yaşayan Kremlin opponentlərinə qarşı sui-qəsdlər hazırlaması ilə bağlı beş nəfərə ittiham irəli sürüldüyünü açıqlamışdı. Rusiya tərəfi isə ABŞ-ın bu iddialarına dair etibarlı sübutların olmadığını bildirib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*