Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətinin Sisian icmasına daxil olan Şaki yaşayış məntəqəsində Azərbaycan hərbçisinin saxlanıldığı deyilir.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Onun artıq 4-5 gündür sərhədi keçdiyi iddia edilir.
Məlumata görə, həmin əsgər saxlanılıb.
Erməni mediası məsələnin diversiya olduğunu iddia etməyə çalışsa da, Ermənistan Müdafiə Nazirliyi bunu təkzib edib və heç bir ölüm, hücum halının olmadığını vurğuayıb.
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan əsgərinin Laçında yoxa çıxdığı açıqlanmışdı.
Azərbaycan Müdafiə Nazirliyi sözügedən iddialarla bağlı hələ ki açıqlama verməyib.
