Tofiq Zülfüqarov: “Sərhəddə İsrail strategiyası tətbiq olunmalıdır” – AÇIQLAMAbackend

Tofiq Zülfüqarov: "Sərhəddə İsrail strategiyası tətbiq olunmalıdır" - AÇIQLAMA

Rusiyada hesab edirlər ki, ABŞ-ın cəhdləri Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. “RİA Novosti”nin yaydığı məlumatda bildirilir ki, ABŞ Qarabağı Azərbaycanla dialoqa məcbur edir. Ermənilər təklifdən boyun qaçıracağı təqdirdə Azərbaycanın antiterror əməliyyatı keçirməsi qaçılmazdır.

Dərhal Rusiya Xarici İşlər Nazirliyi mövzuya reaksiya verib. Rusiya XİN-dən bildirilib ki, Rusiya tərəfi Vaşinqtonun Bakı-Xankəndi dialoqunda vasitəçiliyindən narahatdır.

Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov KONKRET.az-ın suallarını cavablandırıb:

“Bildiyiniz kimi Rusiya Qərblə rəqabət apardığından Ermənistanda öz təsirini qoruyub saxlamaq niyyətindədir. Digər tərəfdən Ermənistan da başa düşür ki, Rusiya bunlara real kömək edən deyil. Bu baxımdan cəmiyyətdə belə bir fikir var ki, Rusiya bizə kömək etmədiyindən Qərbə tərəf getmək lazımdır. Yəni bu, proseslərin sadəcə təbliğatıdır. Guya Rusiya qoymur ki, Paşinyan Qarabağı Azərbaycana versin. Əsas proseslər Azərbaycanın təsiri altında gedir. Burada Rusiyanın, Qərbin istəyi ikinci dərəcəli mövzudur. Laçın yolunun nəzarət altına götürülməsi artıq məsələnin bizim xeyrimizə həll edilməsinə təminat yaradıb. Ona görə Rusiyada bu və ya digər mətbu orqanda bu cür fikirlərin səslənməsi real vəziyyətə yox, daha çox formalaşan təbliğat qarşıdurmasıdır”.

Dünən Laçın sərhəd keçid məntəqəsində baş verən hadisələr bir daha onu göstərir ki, Ermənistan təxribatlar törətməklə regionda gərginliyi daim artıracaq.

Ermənistan bu təxribatlarla nə demək istəyir?

“Erməni tərəfi həmişə olduğu kimi, gərginliyi artırmaqla bu və ya digər şəkildə beynəlxalq ictimaiyyətə hansısa mesajlar göndərməkdədir. Məqsəd odur ki, gərginlik fonunda hansısa siyasi dəstək təklifi alsınlar. İndi həmin taktika üzərində iş aparırlar. Sərhəddə baş verən təxribatlar da onu göstərir. Azərbaycan öz cavabıyla göstərmək istəyir ki, bu cür təxribatlar ilk növbədə Ermənistan üçün baha başa gələcək. Bu təxribatlardan onları uzaqlaşdırmaq üçün hesab edirəm ki, sərt addımlar strategiyası-bir növ İsrail strategiyası orda tətbiq olunmalıdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*