Tokayev Putinlə telefonla danışdıbackend

Tokayev Putinlə telefonla danışdı

Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, söhbət zamanı Prezident Kasım-Jomart Tokayev bütün qazaxıstanlılar adından Moskva vilayətindəki terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident Vladimir Putinə və qardaş Rusiya xalqına dərin hüznlə başsağlığı verib.

Dövlət başçısı dinc vətəndaşlara qarşı qəddar zorakılıq aktını qətiyyətlə pisləyib və terrorizmə qarşı mübarizə məsələlərində Rusiya ilə həmrəyliyini bir daha təsdiqləyib.

Öz növbəsində Vladimir Putin dəstək sözlərinə görə Kasım-Jomart Tokayevə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*