Tokayev Xəzər dənizində kruiz turizmini inkişaf etdirməyi TƏKLİF ETDİbackend

Tokayev Xəzər dənizində kruiz turizmini inkişaf etdirməyi TƏKLİF ETDİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində beynəlxalq layihələrin, o cümlədən kruiz turizminin inkişaf etdirilməsini təklif edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Manqistau vilayətinin ictimaiyyəti ilə görüşündə deyib:

“Biz Xəzəryanı dövlətlərin iştirakı ilə beynəlxalq layihələrin, xüsusən də kruiz turizmi kimi maraqlı sahənin həyata keçirilməsi perspektivi haqqında düşünməliyik”.

O qeyd edib ki, turizm bütün dünyada iqtisadiyyatın inkişafında mühüm amilə çevrilir.

“Hökumət turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirməlidir”, – Qazaxıstan Prezidenti göstəriş verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*