Tokayev yeni xarici işlər naziri TƏYİN ETDİbackend

Tokayev yeni xarici işlər naziri TƏYİN ETDİ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Murat Nurtleu baş nazirin müavini – xarici işlər naziri təyin edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Nurtleu Murat Abuqaliyeviç Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilərək Qazaxıstan Respublikasının Baş nazirinin müavini – Xarici İşlər Naziri təyin edilsin”, – sərəncamda deyilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*