Tokayevdən Putinə daha bir ŞOK: Rusiya ordenindən İMTİNA ETDİbackend

Tokayevdən Putinə daha bir ŞOK: Rusiya ordenindən İMTİNA ETDİ

Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayev dövlət başçısı səlahiyyətlərinin sonuna qədər istər Qazaxıstanın, istərsə də xarici ölkələrin heç bir mükafatını almamaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Tengrinews” nəşri respublika prezidentinin mətbuat katibi Ruslan Jeldibaya istinadən məlumat yayıb.

Bundan əvvəl qazaxıstanlı politoloq Yerbol Yedilov özünün Telegram kanalında Moskvanın Tokayevə Aleksandr Nevski ordeni verəcəyini bildirmişdi. Qazaxıstan Prezidenti bu şərəfə görə ev sahibinə təşəkkür edib, lakin dövlət başçısı statusunda nə yerli, nə də xarici mükafatları qəbul etməmək qərarına gəldiyini əsas götürərək mükafatı almayıb. “Eyni səbəbdən prezident bu yaxınlarda Bişkekə səfəri zamanı Qırğızıstanın 1-ci dərəcəli ali “Manas” ordenindən imtina edib”, – deyə politoloq vurğulayıb.

Ruslan Jeldibay məlumatı təsdiqləyib.

Bir gün əvvəl Qazaxıstan prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib. O, Putinlə birgə iştirak etdiyi mətbuat konfransında bildirib ki, Qazaxıstan separatçı “Donetsk və Luqansk xalq respublikaları”nı, Cənubi Osetiya və Abxaziyanı tanımaq niyyətində deyil, onları kvazi-dövlət əraziləri adlandırır.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*