Tokayevdən SƏRƏNCAM: Heydər Əliyevin adı Astanada bu küçəyə verildi – FOTObackend

Tokayevdən SƏRƏNCAM: Heydər Əliyevin adı Astanada bu küçəyə verildi – FOTO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Astana şəhərində Azərbaycanın sabiq Prezidenti, Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçə köçürüləcək.

KONKRET.az -ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Qasım-Comart Tokayev sərəncam imzalayıb. Belə ki, “Sauran” küçəsinin Nəbatat bağından “Mega Silk Way” ticarət mərkəzinə qədər olan hissəsinin adı dəyişdirilərək “Heydər Əliyev” küçəsi adlandırılacaq.

Küçənin adının verilməsini paytaxt məclisinin deputatları təsdiqləyib. Qeyd edək ki, hazırda “Heydər Əliyev” küçəsi Astananın sağ sahilində yerləşir.

Xatırladaq ki, Qasım-Jomart Tokayev 2022-ci ildə Azərbaycana səfəri zamanı Ulu Öndər Heydər Əliyevin adının Astanada daha uyğun küçəyə veriləcəyini açıqlayıb. Prezident İlham Əliyevlə Astanada keçirilən görüşdə isə “Heydər Əliyev” küçəsi üçün daha layiqli yer tapıldığını bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*