Ekvadorun Alausi şəhərində torpaq sürüşməsi nəticəsində 64 nəfər itkin düşüb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
“7 nəfər ölüb, 23 nəfər yaralanıb, 64 nəfər itkin düşüb”, – məlumatda deyilir.
Fəlakət zonasına Prezident Gilyermo Lasso da baş çəkib. O, axtarış-xilasetmə əməliyyatının qarşıdakı gecə ərzində davam etdiriləcəyini bildirib.
Qeyd olunub ki, martın 27-nə keçən gecə sürüşmə yaşayış binalarını uçurub. Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi 163 evin dağıldığını və ya zədələndiyini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
