Tovuzda avtomobil mikroavtobusla toqquşdu – Ölən və yaralananlar varbackend

Tovuzda avtomobil mikroavtobusla toqquşdu - Ölən və yaralananlar var

Tovuz şəhərində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, “VAZ-2107” markalı avtomobil şəhər arası xətt üzrə çalışan mikroavtobusla toqquşub.

Qəza nəticəsində 1976-cı il təvəllüdlü Alıyev Asif Mansır oğlu hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 2001-ci il təvəllüdlü Alıyev Mansır Asif oğlu və 1981-ci il təvəllüdlü İsgəndərov Bayram Mayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*