Tovuzda qəza: Ölən və yaralı varbackend

Tovuzda qəza: Ölən və yaralı var

Tovuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Elçin Elvin oğlu Hüseynov dünyasını dəyişib, Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Orxan Abbasov isə ağır yaralanıb.

Yaralı Gəncə şəhərindəki xəstəxanaların birinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*