Tovuzda yaralanan hərbçilərimiz danışır – VİDEObackend

Tovuzda yaralanan hərbçilərimiz danışır - VİDEO

AzTV erməni təxribatı nəticəsində cəbhənin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə aldığı hospitaldan reportaj hazırlayıb.

KONKRET.az xəbər verir ki, yaralılar haqqında kanala ümumi məlumatı tibb xidməti polkovniki Roman Çobanov verib.

Bildirib ki, düşmən tərəfindən yaralanmış hərbçilərə peşəkar həkimlər yardım göstərir:

“Hazırda yaralılarımızın vəziyyəti keçirdikləri əməliyyatlara uyğundur, kafidir. Xəstələrimizn bir arzusu var. O da tez sağalaraq səngərə qayıdıb düşməndən qisas almaqdır”.

Hospitalda müalicəsi davam etdirilən əsgər Əliyev Novruz Əlixan oğlu özünü yaxşı hiss etdiyini söyləyib:

“İnşallah, daha da yaxşı olub tez bir zamanda öz yoldaşlarımın yanına qayıdaram. Vurulub onları tək qoyduğum üçün özümü çox pis hiss edirəm”.

Onun əsgər yoldaşı Mehdiyev Vüqar Elbrus oğlu da sağalar-sağalmaz ön xəttə qayıdıb düşmənə qarşı vuruşmağı səbrsizliklə gözlədiyini bildirib.

  • Vüsalə
    İyul 15, 2020 - 16:57

    Mən herbçlərmizi əsgərlərmizi tez bir zamanda sağalmasının arzulayıram allah onları qorusun esgərlərmiz varsa bizde varıq

  • Azer
    İyul 17, 2020 - 01:26

    Allah ayağiniza daş deydirtməsin. Rəbbim sizlə olsun inşallah👃 Hər zaman olduğu kimi sadəcə irəli igidlər! Arxanızda sizə inanan , sizə hər şəraitdə dəstək olan sarsılmaz, əzəmətli Azərbaycan xalqı var!🇦🇿🇦🇿🇦🇿

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*