Tramp ABŞ-ın “impiçment ilə aldatma” üzərində qələbəsini elan etdibackend

Tramp ABŞ-ın "impiçment ilə aldatma" üzərində qələbəsini elan etdi

ABŞ prezidenti Donald Tramp Amerika Senatının ona bəraət qazandırmaq və onu hakimiyyətdən uzaqlaşdırmamaq qərarına münasibət bildirib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o, “Tvitter”də yazıb.

Ağ evin sahibi bildirib ki, fevralın 7-də, yerli vaxtla saat 12.00-da (Bakı vaxtı ilə saat 21.00-da) rəsmi bəyanatla çıxış edəcək.

Amerikalı lider “impiçmentlə aldanma üzərində ölkəmizin qələbəsi haqqında” fikirlərini bölüşəcəyini bildirib.

Bundan əvvəl ABŞ Senatı impiçment prosesində ittihamın hər iki bəndi üzrə Trampı haqlı hesab edib.

ABŞ-da anonim məlumatçı Trampın Ukrayna lideri Vladimir Zelenskiyə təzyiq etdiyini açıqladıqdan sonra qalmaqal yaşanıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*