Tramp: ABŞ Venesuelanın 65 milyard barreldən çox neftinə nəzarəti ələ keçiribbackend

Tramp: ABŞ Venesuelanın 65 milyard barreldən çox neftinə nəzarəti ələ keçirib

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə neft ehtiyatları ilə bağlı tarixi razılaşma əldə edildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bunu “dünya tarixinin ən böyük neft sazişi” adlandırıb.

Trampın sözlərinə görə, ABŞ Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard barreldən çox hissəsinə nəzarəti təmin edib.

Amerika lideri bildirib ki, razılaşma onun göstərişi ilə ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges və özəl biznes nümayəndələri ilə əməkdaşlığı nəticəsində əldə olunub.

Trampın iddiasına əsasən, sövdələşmə ABŞ vergi ödəyicilərinə əlavə xərc yaratmadan həyata keçiriləcək. Onun fikrincə, bu razılaşma ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artıracaq, ölkəyə neft tədarükünü genişləndirəcək və nəticədə benzin qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək.

Məlumata görə, razılaşma çərçivəsində Venesuelanın 17 strateji neft yatağının işlənməsi və ölkəyə təxminən 100 milyard dollar həcmində özəl investisiyanın cəlb edilməsi nəzərdə tutulur. ABŞ-ın əldə edəcəyi nəzarətin mexanizmi və sazişin digər detalları isə hələ tam açıqlanmayıb.

Trampın açıqlaması Venesuelanın dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik ölkələrindən biri olduğu bir vaxtda ABŞ-ın bu ölkənin enerji sektorunda təsirini əhəmiyyətli dərəcədə artırması baxımından diqqət çəkir.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*