Tramp Makronu BELƏ İFŞA ETDİbackend

Tramp Makronu BELƏ İFŞA ETDİ

ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun ona ünvanladığı mesajı paylaşıb.

KONKRET.az xəbər verir ki, mesajın mətnində qeyd olunur ki, tərəflər Suriya məsələsində mövqelərini tam uzlaşdırırlar və İranla bağlı mühüm nailiyyətlər əldə edə bilərlər.

Bununla yanaşı, Makron Trampın Qrenlandiya ilə bağlı addımlarını başa düşmədiyini vurğulayıb.

Fransa prezidenti həmçinin mənalı bir şey yaratmağı təklif edərək iki təşəbbüslə çıxış edib. O, Davosdan sonra Parisdə G7 formatında görüşün keçirilməsini və bu görüşdə Ukrayna, Danimarka, Suriya və Rusiya nümayəndələrinin mümkün iştirakını irəli sürüb.

Bundan başqa, Makron Trampın ABŞ-a qayıtmazdan əvvəl Parisdə birgə şam yeməyinin təşkilini də təklif edib.

Tramp paylaşılan mesajla bağlı əlavə şərh verməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*