Tramp: “Netanyahunun bu addımı məni gecikdirdi”backend

Tramp: “Netanyahunun bu addımı məni gecikdirdi”

ABŞ Prezidenti Donald Tramp zarafatla bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun “parlaq, amma çox uzun çıxışı” onun Misirə səfərini gecikdirib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat dərc edib.

“Əməlli-başlı məni gecikdirdiniz. Düşünürdüm ki, gəlib çıxış edəcəm və sonra Misirə yollanacam. Amma alınmadı,” – deyə Tramp bildirib.

Tramp əlavə edib ki, o, Misirdə dünyanın ən güclü dövlətlərinin nümayəndələri ilə görüşəcək:

“Çox gec gələcəm, mən çatana qədər bəlkə də onlar artıq getmiş olacaqlar,” – deyə o zarafatla vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*