ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində işi ilə bağlı bütün təhlükələri dərk etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters yazıb.
“Bu, təhlükəli peşədir. Yalnız nüfuzlu prezidentlərə güllə atırlar və ya onları vururlar. Mən isə çox nüfuzluyam. Biz bütün dünyanı dəyişdik, ölkəmizi xilas etdik”, — deyə o bildirib.
Tramp vurğulayıb ki, baş verən sui-qəsd cəhdlərindən sonra o, daimi qorxu içində yaşamır.
Bu arada “Daily Mail” nəşri məlumatlı mənbələrə istinadən xəbər verir ki, Amerika liderinin həyat yoldaşı Melaniya Tramp ərinə qarşı ola biləcək yeni hücumlar səbəbindən gərginlik içində yaşayır.
Nəşr qeyd edir ki, Donald Trampın özü təhlükəsizliyinə olan təhdidlər haqqında söhbətlərə skeptik yanaşır. Lakin mənbələr bildirirlər ki, riskin reallığı yenə də onda ciddi narahatlıq doğurur.
Bundan əvvəl “Wall Street Journal” yazmışdı ki, 2026-cı ilin iyul ayında Ankaradakı NATO sammitindən qayıdarkən Tramp hava gəmisini dəyişmək qərarına gəlib. Bu, İsrail kəşfiyyatının onun həyatına ola biləcək ehtimal olunan təhlükə barədə məlumat ötürməsindən sonra baş verib. Dövlət başçısını adətən azuqə daşınması üçün istifadə edilən yük furqonunda gizli şəkildə uçuş-enmə zolağına çıxarıb, daha sonra hərbi təyyarəyə mindiriblər.
Son iki il ərzində Trampa qarşı dörd sui-qəsd cəhdi olub. 2024-cü ilin iyununda güllə yalnız onun qulağını sıyırıb keçmişdi. İstintaqın Amerika liderinin qətlinin hazırlığı kimi qiymətləndirdiyi son epizod isə iyun ayında Ağ Evdə keçirilməli olan UFC turnirinə hücum planının üstünün açılması olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
