Tramp Təşkilatının bank hesabları niyə bağlanıb? – “Capital One” ilk dəfə səbəbi açıqladıbackend

Tramp Təşkilatının bank hesabları niyə bağlanıb? – "Capital One" ilk dəfə səbəbi açıqladı

ABŞ-ın “Capital One Financial” bankı Donald Trampın ailə biznesi olan “Trump Organization” tərəfindən qaldırılan iddiaya cavab verərək, şirkətin bank hesablarının siyasi səbəblərlə deyil, çirkli pulların yuyulmasına qarşı (AML) yoxlamalar nəticəsində bağlandığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bankın məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd olunur ki, Tramp Təşkilatına məxsus 300-dən çox hesabın bağlanması aylarla davam edən təhlil və bankın çirkli pulların yuyulmasına qarşı mütəxəssislərinin apardığı araşdırmaların nəticəsi olub. Bildirilib ki, qərar bankın daxili siyasəti və tənzimləyici qurumların tələblərinə uyğun qəbul edilib.

Bununla belə, “Capital One” vurğulayıb ki, “Trump Organization”ı heç vaxt qanunsuz çirkli pulların yuyulmasında ittiham etməyib.

Xatırladaq ki, bank 2021-ci ilin martında Tramp Təşkilatına məxsus 300-dən çox hesabı bağlayacağını açıqlamışdı.

“Trump Organization” və Donald Trampın oğlu Erik Tramp isə 2025-ci ilin martında Florida federal məhkəməsində iddia qaldıraraq hesabların bankın “liberal ideoloji baxış” siyasəti və 6 yanvar 2021-ci il Konqres binasına hücumdan sonra yaranmış siyasi atmosfer səbəbindən bağlandığını irəli sürmüşdülər.

Hazırda “Capital One” məhkəmədən iddianın rədd edilməsini tələb edir.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*