Tramp: “Ukraynadakı münaqişə 3-cü dünya müharibəsinə səbəb ola bilər”backend

Tramp: “Ukraynadakı münaqişə 3-cü dünya müharibəsinə səbəb ola bilər”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın siyasətinə görə Ukrayna münaqişəsi III Dünya Müharibəsinə qədər uzana bilər.

KONKRET.az xəbər verir ki, o, bunu The Hill tərəfindən yayımlanan Tennessi ştatının Neşvil şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Ola bilsin ki, bu, bizim etdiklərimizə görə Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Biz sadəcə 16 milyard dolların üzərinə 40 milyard dollar əlavə etdik və cəmi 56 milyard dollar verdik,” Tramp bildirib.

ABŞ-ın keçmiş prezidenti vurğulayıb ki, ABŞ-ın müttəfiqləri Ukraynanı dəstəkləyir, lakin “onlar bizim verdiyimizin yalnız kiçik bir hissəsini veriblər”.

“Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi” deyə o, qeyd edib.
Onun fikrincə, Ukrayna münaqişəsi sövdələşmə ilə yekunlaşmalıdır və ABŞ-ın Kiyevə köçürdüyü “milyonlar“ səhv işə gedir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, prezident Co Bayden vəzifəyə gəldikdən sonra onun administrasiyası Kiyevə 6,3 milyard dollar, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan isə 5,6 milyard dollar hərbi yardım ayırıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*