Tramp Venesuela müxalifətinin lideri Quaydo ilə Ağ Evdə görüşdübackend

Tramp Venesuela müxalifətinin lideri Quaydo ilə Ağ Evdə görüşdü

ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Xuan Quaydonu Ağ Evdə qəbul edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat Amerika administrasiyasının “Twitter”ində yayılıb.

“Prezident Donald Tramp Ağ Evdə Xuan Quaydonu salamladı”, — deyə məlumatda bildirilir.

Ağ Evdə həmçinin qeyd ediblər ki, Vaşinqton “Venesuelada qanunsuz diktaturaya qarşı durmaq” üçün regiondakı tərəfdaşları ilə işləməyə davam edəcək, həmçinin “demokratik gələcəyə və tərəqqiyə nail olmaq üçün” bu ölkənin xalqının tərəfində duracaq.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*